...

ABŞ yük maşınlarının idxalına rüsumlar tətbiq edəcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2025 06:00 (UTC +04:00)
ABŞ yük maşınlarının idxalına rüsumlar tətbiq edəcək

Bakı. Trend:

ABŞ noyabrın 1-dən etibarən digər ölkələrdən idxal edilən orta və iri yükgötürmə qabiliyyətli yük maşınlarına 25% rüsum tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında məlumat verib.

Tramp daha əvvəl tariflərin oktyabrın 1-dən qüvvəyə minəcəyini bəyan etsə də, bu tarix təxirə salınıb.

Onun sözlərinə görə, bu addım ABŞ yük maşınları istehsalçıları "Peterbilt", "Kenworth", "Freightliner" və "Mack Trucks" şirkətlərini qorumaq üçün atılır.

Xəbər lenti

Xəbər lenti