...

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

Telekommunikasiya Materials 7 Oktyabr 2025 10:49 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib.

Trend bu barədəXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti