Bakı. Trend:
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci ilin 9 ayı ərzində vətəndaşlardan 20 032 ərizə daxil olub.
Trend xəbər verir ki, bu barədə Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci ilin 9 ayı ərzində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq vətəndaşlardan əmək hüquqlarının pozulması ilə bağlı 20032 ərizə daxil olub.
Ərizələrin 5363-ü qadınlara, 14669-u isə kişilərə aiddir.