Bakı. Trend:
Müştərilərin hüquqlarının qorunması ilə bağlı yeni qaydaların üzərində işləyirik.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, müştəri hüquqlarının qorunması, kibertəhlükəsizliklə bağlı bankların üzərinə kifayət qədər tələblər qoyulub: "Hazırda bu istiqamətdə başqa hansı alətlərin tətbiq olunması ilə bağlı araşdırmalar aparırıq.
Eyni zamanda biz kibercinayətkarlıq halları ilə bağlı rüblük olaraq statistikanı açıqlamağa başlayacağıq".