...

Almaniya Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan texnologiyalar təklif edə bilər - Səfir

İqtisadiyyat Materials 7 Oktyabr 2025 12:27 (UTC +04:00)
Almaniya Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan texnologiyalar təklif edə bilər - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan faktiki olaraq bütün sahələr üçün lazımı texnologiyalar və “nou-hau” təklif edə bilər.

Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Mən yaxın illərdə münasibətlərimizi dərinləşdirmək və genişləndirmək üçün yaxşı perspektivlər görürəm, ələlxüsus da ənənəvi energetika hüdudlarından kənarda olan sahələrdə. Azərbaycan davamlı olaraq fosil yanacağından bərpa olunan enerji mənbələrinə keçid və iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir. Almaniya və alman biznesi bu prosesdə Azərbaycanın etibarlı tərəfdaşları ola bilər”, - deyə o bildirib.

Horlemann Azərbaycanın ikitərəfli iqtisadi əlaqələr üçün əhəmiyyətli olan əsas sektorlara, o cümlədən energetika, bərpa olunan enerji mənbələri və infrastruktur, xüsusən də Orta Dəhliz layihəsinə aktiv investisiya yatırdığını vurğulayıb.

“Biz Azərbaycanın yollar, dəmir yolları, limanlar və ümumilikdə ticarət üçün önəmli olan infrastruktur sahələrinə qoyduğu bütün investisiyaları yüksək qiymətləndiririk. Bu eyni zamanda həm ixracatçı, həm də investor kimi mövcud pozitiv dinamikanı dəstəkləmək üçün alman şirkətlərinə əla imkan yaradır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti