...

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib

Siyasət Materials 7 Oktyabr 2025 12:02 (UTC +04:00)
TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.

Trend xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;

2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;

3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;

4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti