...

Parlamentlərdə qəbul olunan qanunlar süni intellektlə bağlı mənfi proseslərin qarşısını ala bilər – Asəf Hacıyev

Siyasət Materials 7 Oktyabr 2025 10:38 (UTC +04:00)
Parlamentlərdə qəbul olunan qanunlar süni intellektlə bağlı mənfi proseslərin qarşısını ala bilər – Asəf Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Düşünmək lazım deyil ki, süni intellekt ayrıca bir elmdir, xeyr, bu bir sahədir. Burada həm riyaziyyat, fizika, biologiya, kimya, psixologiyanın rolu var. Bütün elmlərin sintezi nəticəsində ortaya bir istiqamət çıxır.

Trend xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Asəf Hacıyev Bakıda QDİƏT Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılışında çıxışı zamanı deyib.

Baş katib bildirib ki, bunun təhlükəli tərəfləri də var:

“Süni intellekt həyatımıza rahatlıqdan başqa, eyni zamanda aproblemlər də gətirə, mənfi təsir edə bilir. Bu baxımdan parlamentin rolu çox önəmlidir. Çünki burada qəbul olunan qanunlar məhz bu mənfi proseslərin qarşısını ala bilər. Bu mənfi proseslər də o qədər təhlükəlidir ki, hətta insanın həyatına da problem yarada bilər. Ona görə bu baxımdan belə bir qərara gəldik ki, təşkilatımızın hər üç komitəsində məhz süni intellekt mövsunu müzakirə edək. Süni intellekt mövsunun təbii ki sosial aspektləri də var”.

Asəf Hacıyev vurğulayıb ki, QDİƏT Parlament Assambleyasına gedən yol Azərbaycan Milli Məclisindən başlayıb. O, tədbirdə gözəl təşkilatçılıq üçün Milli Məclisin sədri Sahibə Qafarovaya hər kəsin adından təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti