Bakı. Trend:
Türkiyənin Mersin vilayətinin Ərdəmli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun uçuruma aşması nəticəsində 5 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.
Yaralı 14 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.