...

"Halal Business Forum" çərçivəsində əməkdaşlıq haqda Memorandumlar imzalanıb

İqtisadiyyat Materials 7 Oktyabr 2025 11:43 (UTC +04:00)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən "Halal Business Forum" forumu çərçivəsində iki sənəd imzalanıb.

Trend xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin “Bilişim Vadisi” arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” kimi istiqamətlərdə məlumatlılığın artırılması və birgə təşəbbüslərin həyata keçirilməsini, eləcə də ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen imzalayıblar.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyanat” COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülüb. Kiçik və orta biznesin yaşıl keçidini asanlaşdırmaq və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması məqsədini daşıyan bu bəyanat, yaşıl KOB-ların qlobal hərəkatının yaradılmasına yönəlib.

Hazırda bu bəyanata 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın “Halal Development Corporation Berhad” şirkəti ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu “Berhad” korporasiyasının baş direktoru Hayrol Arifeyn bin Sahari və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Sənəd biznes, investisiya və ixrac sahələrində, eləcə də halal sənayesi üzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, birgə təlim proqramlarının keçirilməsini və hər iki qurumun imkanlarından istifadə etməklə digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti