Bakı.Trend:
2024-cü ildə pambıq səpini 103 min hektara çatıb. Bu əvvəlki illə müqayisədə 10% artım deməkdir.
Trend xəbər verir ki, bu fikirləri AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı “Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiya” mövzusunda ITMF seminarında çıxışı zamanı deyib.
Şirkət rəsmisi bildirib ki, pambıq tədarükü 2024-cü ildə 311 000 ton təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 12% artım deməkdir:
“Əsas bazarlarımız Türkiyə, Türkmənistan, Banqladeş, İran və Çindir.
Hazırda pambıq istehsalının genişləndirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir”.
T.Hacılı vurğulayıb ki, pambıqçılıq sahəsinin inkişafı üçün İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb. Yaxında bununla məlumatları əldə edəcəksiniz.