...

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər yeni dinamika alıb - Alman səfir

Siyasət Materials 7 Oktyabr 2025 11:00 (UTC +04:00)
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər yeni dinamika alıb - Alman səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər son aylarda yeni dinamika alıb.

Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Hazırda Brüsseldən Bakıya və Bakından da Brüsselə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilir. Bu, müsbət bir haldır , çünki Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır və regionun inkişafında fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirir”,- deyə səfir qeyd edib.

Diplomat əlavə edib ki, Almaniya və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri, xüsusilə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin cari ilin aprelində Azərbaycana səfərindən sonra nəzərəçarpacaq dərəcədə canlanıb.

“Bu yaxınlarda əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edən ‘yol xəritəsi’ imzalanıb, eyni zamanda Almaniya şirkətlərinin konkret addımlar atdığını görürük. Məsələn, qaz sahəsində SEFE və SOCAR arasında əldə olunan razılaşma və ya iri alman yük maşınları və avtobus istehsalçısı MAN şirkətinin Azərbaycanda elektrik avtobuslarının istehsalı və ya yığımı imkanlarını nəzərdən keçirməsi buna nümunədir”,- deyə Horlemann bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti