...

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Gündəm Materials 7 Oktyabr 2025 09:18 (UTC +04:00)
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Trend DSX-yə istinadən xəbər verir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bildirlir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti