Bakı.Trend:
Quba-Qusar yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, Əliyev Süleyman Hüseynqulu oğlu 02.09.2025-ci il tarixdə Quba-Qusar avtomobil yolunun Quba rayonu, Mirzəməmmədkənd kəndinin ərazisindən keçən avtomobil yolunda idarə etdiyi avtomobillə yolu keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu ehtiyatsızlıqdan vurub.
Belə ki, oktyabrın 6-da hadisə nəticəsində piyada aldığı
xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Quba RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət
işi başlanılaraq istintaq aparılır.