...

Orta Dəhliz qlobal tədarük zəncirlərinin dayanıqlığını artırır

İqtisadiyyat Materials 7 Oktyabr 2025 10:08 (UTC +04:00)
Orta Dəhliz qlobal tədarük zəncirlərinin dayanıqlığını artırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta dəhliz qlobal tədarük zəncirlərinin dayanıqlığını artırır.

Trend xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Assosasiyasının baş katibinin müavini Saut Şınıbayev Sian şəhərində keçirilən “Avrasiya İqtisadi Forumunda” çıxışı zamanı deyib.

O çıxışında qeyd edib ki, TBNM marşrutu Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə üzvi şəkildə uyğun gələn flaqman layihədir. Onun sözlərinə görə, bu marşrut Asiya və Avropa arasında əməkdaşlığın yeni formatının formalaşmasına, həmçinin qitələrarası nəqliyyat və ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Assosiasiyanın baş katibinin müavini vurğulayıb ki, bu gün TBNM-yə yalnız iştirakçı ölkələr və bir sıra Avropa dövlətləri deyil, həm də Çində ən yüksək səviyyədə böyük maraq göstərilir. Layihə Asiya ilə Avropa arasında yük axınlarının tranziti üçün əsas nəqliyyat körpüsü kimi qiymətləndirilir.

O qeyd edib ki, dəhlizin inkişafı dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat qovşaqlarına çevrilməsinə şərait yaradır, bu da region üçün yeni iqtisadi artım imkanları açır. Çin üçün isə TBNM marşrutu beynəlxalq ticarətin şaxələndirilmiş kanalı kimi çıxış edir, ənənəvi nəqliyyat istiqamətlərindən asılılığı azaldır və qlobal tədarük zəncirlərinin dayanıqlığını artırır.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti