...

Almaniya bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığın genişləndiriləcəyini gözləyir

Yaşıl iqtisadiyyat Materials 7 Oktyabr 2025 11:06 (UTC +04:00)
Almaniya bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığın genişləndiriləcəyini gözləyir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya bərba olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığı bundan sonra daha da genişləndiriləcəyini gözləyir.

Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Energetika sahəsində, xüsusilə bərpa olunan enerji istiqamətində əməkdaşlığın daha da genişlənəcəyini gözləyirik. Bu sahənin potensialı illərdir müzakirə olunur və məncə, artıq bu potensialı real layihələrə çevirməyin vaxtıdır”, – deyə diplomat qeyd edib.

Horlemann Almaniya biznesinin və hökumətinin bu perspektivli prosesdə fəal iştirak etməyə hazır olduğunu vurğulayıb.

“Məlum olduğu kimi, Almaniya hökuməti ixracatçıları müxtəlif alətlərlə, o cümlədən ixrac kreditləri proqramları və investisiyaların təşviqi vasitəsilə dəstəkləyir. Bu alətlər ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır”, - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti