...

Azərbaycan və Ermənistan arasında sülh prosesi bütün regionun iqtisadi inkişafına ümid yaradır - Almaniya səfiri

Siyasət Materials 7 Oktyabr 2025 10:42 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh prosesi bütün regionun iqtisadi inkişafına ümid yaradır - Almaniya səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi təkcə dayanıqlı sülhə deyil, eyni zamanda bütün regionun sabitliyi və iqtisadi inkişafına ümid yaradır.

Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Almaniya arasında əməkdaşlıq daha da fəallaşır.

“Son aylarda əhəmiyyətli irəliləyiş və müsbət istiqamətdə hərəkət müşahidə edirik. Təxminən bir il yarım əvvəl Almaniyanın Şərq İqtisadi Komitəsinin rəhbəri Mixael Harmsın başçılıq etdiyi böyük bir biznes nümayəndə heyəti Azərbaycanda olmuşdu. Heyətin tərkibinə təxminən 50 şirkət daxil idi. O zaman onlar yalnız biznes məqsədi ilə deyil, həm də bazarı öyrənmək, onun potensialını anlamaq üçün gəlmişdilər. İndi isə gördüyüm kimi, tədbirin iştirakçılarının əksəriyyəti buraya artıq konkret layihə və niyyətlərlə gəliblər – bu isə çox müsbət haldır”, – deyə Horlemann bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti