Bakı. Trend:
Dövlət və özəl müəssisisələr ilə aparılan əməkdaşlıq "Sanitariya-epidemioloji Salamatlıq haqqında" Qanuna istinad edərək, müəyyən qaydalara və mərhələlərə əsaslanaraq qurulur.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.
Onun sözlərinə görə, əməkdaşlığın uğurlu olması üçün hüquqi, maliyyə və idarəetmə çərçivələri düzgün müəyyənləşdirilməlidir:
“Aşağıda bu əməkdaşlığın necə qurulması ilə bağlı əsas qaydalar
və mərhələlər təqdim olunur və əməkdaşlıq müqavilə əsasında həyata
keçirilir. Xidmətlər təqdim olunur, hansılar ki müqavilədə öz
əksini tapır. Əməkdaşlığın bütün şərtləri isə müqavilədə qeyd
olunur. Tərəflərin öhdəlikləri, müddət və nəticələrin
qiymətləndirilməsi, habelə şəffaflıq təmin olunur. Həmçinin,
keyfiyyət və vaxt göstəriciləri izlənilir”.
S.Nəcəfova qeyd edib ki, əməkdaşlığın şərtləri, davamlı və
dayanıqlı inkişafı tərəflərin qarşılıqlı razılığı əsasında qurulur
və formalaşır:
“Əməkdaşlığın dayanıqlı inkişafı üçün əsas və optimal inkişaf proqramları qurulmalı və qarşılıqlı strateji əməkdaşlıq layihələri hazırlanmalıdır. Əməkdaşlığın hər bir mərhələsində analitik təhlil aparılmalı və növbəti mərhələnin layihəsi hazırlanmalıdır”.