Bakı. Trend:
Hazırda ani ödəniş sistemində tarif siyasətinə dəyişiklik aktual deyil.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
O vurğulayıb ki, bu ilin sonuna qədər tarif siyasətinə baxıla bilər: "AMB-nin ödəniş sistemləri sahəsində əsas məqsədi ölkədə ani ödənişlərin inkişafı və genişləndirilməsidir. Bu səbəbdən də ölkədə kart ödənişlərindən daha çox hesab əsaslı ödəniş həllərinin genişləndiriıməsimdə maraqlıyıq. Bu səbəbdən də bu ilin sonuna qədər tarif siyasətinə baxılma ehtimalı var".