...

Alman şirkətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir - AHK Azerbaijan

İqtisadiyyat Materials 7 Oktyabr 2025 12:35 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Alman şirkətləri Azərbaycan və regional tərəfdaşlarla əməkdaşlığa böyük maraq göstərir.

Trend xəbər verir ki, bunu Almaniya- Azərbaycan Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Vik “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı çərçivəsində keçirilən mətbuat konfransında söyləyib.

“Alman və Azərbaycan biznesi arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir və bu işlər ticarət, investisiya və əməkdaşlıq üçün etibarlı və dinamik mühitin yaradılmasına yönəlib,” – deyə o bildirib.

Vik vurğulayıb ki, bugünkü konfransın məqsədi əsas iştirakçıları bir araya gətirmək, əlaqələr qurmaq, ideyaları müzakirə etmək və maliyyə institutları üçün təkliflər hazırlamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti