Bakı. Trend:
Azərbaycanda mövcud həyatın yaşam sığortası daha fərqli bir formada təqdim ediləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov maliyyə sabitliyinə dair keçirilən mətbuat konfransında bildirib.
Şahin Mahmudzadə isə bildirib ki, ötən il dövlət müəssisələrində işləyənlər bundan faydalana bilməyəcəkləri qeyd edilib: "Onu əvəz etmək üçün kifayət qədər potensial var. Potensialı nəyin əsasında qeyd eləmişdik, çünki əmək bazarında yarısı dövlət sektorudursa, yarısı da özəl sektordur. Burda danışılan müştəri sayı elə də böyük rəqəmlər deyil".
Ş. Mahmudzadə vurğulayıb ki, dövlətdəki azalmanı kompensasiya edəcək qədər özəl sektorda əmək qüvvəsi var: "Əgər sığorta şirkətləri onları cəlb edə bilsə, onda bu azalma olmamalıdır. Bazarın dövlət sektorunu kompensasiya edəcək potensialı var".