Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə əmsalının (Net stable funding ratio) tətbiqinə başlayacaq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı konsepsiya hazırlanmaq üzrədir.
Baş direktor vurğulayıb ki, bu da bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək.
Eyni zamanda AMB rəsmisi vurğulayıb ki, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlara keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirildikdə ictimaiyyətə açıqlanacaq".