...

Türk dünyası – enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Macarıstanın əsas tərəfdaşlarındandır - Peter Siyarto

Energetika Materials 7 Oktyabr 2025 11:39 (UTC +04:00)
Türk dünyası – enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Macarıstanın əsas tərəfdaşlarındandır - Peter Siyarto
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Türk dünyası – enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Macarıstanın əsas tərəfdaşlarındandır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etmək üçün Qəbələdə olan Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto öz sosial şəbəkə səhifəsində yazıb.

“Macarıstanda enerji təchizatının təhlükəsizliyini təmin etmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün biz daim yeni enerji mənbələrini cəlb edirik. Bu strateji missiyada türk dünyası bizim əsas müttəfiqlərimizdən biridir”, – deyə o qeyd edib.

P. Siyarto xatırladıb ki, macar enerji şirkətləri Azərbaycanın neft-qaz yataqlarının işlənməsi üzrə ən mühüm layihələrində pay alıblar.

“Bu il Qazaxıstandan 600 min ton neft idxal edirik, Özbəkistanda isə atom elektrik stansiyasının tikintisində macar texnologiyalarından istifadə olunacaq.

Macar-türk enerji əməkdaşlığının daha da uğurlu olması üçün səylərimizi davam etdirəcəyik”, – nazir əlavə edib.

Qeyd edək ki, bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.

İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə baş tutacaq 12-ci sammiti çərçivəsində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti