...

Astara sərhəd-keçid məntəqəsindən keçən yük maşınlarının sayının artırılması qərara alınıb

İqtisadiyyat Materials 7 Oktyabr 2025 14:34 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında Astara sərhəd-keçid məntəqələrindən keçən yük maşınlarının sayının 800-ə artırılması qərara alınıb.

Trend-in məlumatına görə, bunu İranın Astara Gömrük İdarəsinin baş direktoru Nadir Ənsarian yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Astara sərhəd-keçid məntəqəsinin 24 saatlıq fəaliyyət göstərdiyini nəzərə alaraq, ilin ikinci yarısında (23 sentyabr 2025 -20 mart 2026) yük maşınlarının keçidinin sadələşdirilməsi ikitərəfli olaraq addım atılıb.

Ənsarian deyib ki, İran kənd təsərrüfatı məhsulları, o cümlədən sitrus meyvələrinin ixracının ilin ikinci yarısında artdığını nəzərə alaraq Azərbaycan tərəfinə sərhəd-keçid məntəqəsindən keçən yük maşınlarının artırılmasını təklif edib və Azərbaycan tərəfi bu təklifi müsbət qarşılayıb.

Gömrük rəsmisi deyib ki, hal-hazırda İranın Astara sərhəd-keçid məntəqəsinin ərazisində yük maşınları növbəyə düzülmür. Misal üçün ötən gün 445 ədəd yük maşını sərhəd-keçid məntəqəsindən keçib. Nəticədə sərhədin heç bir tərəfində yük maşınları növbədə gözləməyib.

Ənsarian bildirib ki, ötən 6 ay ərzində (21 mart -22 sentyabr 2025) Astara sərhəd-keçid məntəqəsi vasitəsi ilə 36 353 yük maşını ölkəyə daxil olub ki, ötən ilin analoji dövrü ilə (20 mart -21 sentyabr 2024) müqayisədə 12% artıb. Eyni zamanda qeyd olunan müddətdə Astara sərhəd-keçid məntəqəsindən 43 339 yük maşını ölkədən çıxıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4% artımın olduğunu göstərir.

Qeyd edək ki, İran 6 ay ərzində Astara gömrük məntəqəsi vasitəsi ilə 280 milyon dollar dəyərində 458 min ton məhsul ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti