...

“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

Gündəm Materials 7 Oktyabr 2025 13:51 (UTC +04:00)
“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib.

Trend xəbər verir ki, konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı, iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub:

“Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək.

Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi. Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifinə çevrildi”.

Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun mübarizə əzmindən xəbər verir.

Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor, şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət və ehtiramla yad edildiyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib.

İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət platformalarda aparılır. Buna görə də hər kəsin milli maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq sərgiləməsi vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə müavini professor Əlikram Abdullayev də konfransda iştirak edib.

Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar verilib, xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti