...

ASCO gəmiləri ilə yanvar-sentyabrda yükdaşımalarda 10% artım qeydə alınıb

İqtisadiyyat Materials 7 Oktyabr 2025 10:21 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə həyata keçirilən yükdaşımalar 2025-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 6,4 milyon tondan 7 milyon tona yüksəlib.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin 9 ayında tanker gəmiləri ilə 3 349 441 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövründəki 3 028 549 tonla müqayisədə təxminən 10,6% artım deməkdir.

Universal quru yük gəmiləri ilə daşımalarda isə 70% artıma nail olunub. Bu tip gəmilərlə 2025-ci ilin 9 ayı ərzində 1 019 065 ton yük daşınıb. 2024-cü ilin analoji dövründə isə bu rəqəm 601 451 ton təşkil edib.

Hesabat dövründə bərə və RoPax tipli gəmilərlə 28 330 ədəd avtotexnika və yük avtomobili, 28 076 ədəd vaqon daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm avtotexnika və yük avtomobili, həm də vaqon sayında təxminən 4% azalma qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti