...

Nazir müavini Azərbaycan və İƏT dövlətləri arasında ticarət dövriyyəsinin həcmini açıqlayıb

İqtisadiyyat Materials 7 Oktyabr 2025 11:38 (UTC +04:00)
Nazir müavini Azərbaycan və İƏT dövlətləri arasında ticarət dövriyyəsinin həcmini açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında ticarət dövriyyəsi təxminən 6 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən “Halal Business Forum” forumunda çıxışı zamanı bildirib.

“Azərbaycan İƏT-in ən fəal iştirakçılarından biri olaraq qalır və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına böyük önəm verir”,- deyə o qeyd edib.

E. Əliyevin sözlərinə görə, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinə, eləcə də İslam dəyərlərinin dünyada təşviqinə mühüm töhfə verib.

O xatırladıb ki, bu fəaliyyətin təsdiqi kimi Bakı 2009-cu ildə, Naxçıvan isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Bundan başqa, 2017-ci ildə “İslam həmrəyliyi ili” çərçivəsində keçirilən tədbirlər müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə töhfə verib.

Birinci nazir müavini forumun təşkilinə verdiyi dəstəyə görə İƏT və onun ixtisaslaşmış qurumlarına təşəkkürünü bildirib, vurğulayıb ki, Azərbaycanın İƏT üzv dövlətləri ilə imzaladığı iqtisadi və ticarət sazişləri ticarətin sadələşdirilməsinə, gömrük əməkdaşlığının gücləndirilməsinə və investisiyaların stimullaşdırılmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti