...

Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 7 Oktyabr 2025 08:54 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin “Qanlı göl” ərazisində yerləşən qaz xəttində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Trend-ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti