...

Xalçaçılıq emalatxanaları Qarabağda nə zaman fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Cəmiyyət Materials 7 Oktyabr 2025 14:34 (UTC +04:00)
Xalçaçılıq emalatxanaları Qarabağda nə zaman fəaliyyətə başlayacaq? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın müxtəlif emalatxanalarında Qarabağ xalçaları toxunur. Xarici ölkələrdə keçirilən sərgilərdə daimi olaraq bu xalçalar nümayiş etdirilir. Qələbəmizə həsr etdiyimiz “Qarabağ xalçalarına yeni baxış” kolleksiyamızı nümayiş etdirdik.

Bu fikirləri Trend-ə açıqlamasında “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

O, qeyd edib ki, həmin “Qarabağ xalçalarına yeni baxış” kolleksiyasına aid 44 xalça 2 həftə ərzində dünyanın müxtəlif kolleksiyalarına satılıb, qurtarıb.

E.Məmmədov “Azərxalça”nın Qarabağ və Şərqi Zəngəzurdakı fəaliyyətindən də danışıb:

“Hazırda “Azərxalça” Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərmir. Buna baxmayaraq, bizə müxtəlif bölgələrdən Qarabağa qayıdacaq toxuculardan müraciətlər gəlir. Həmin şəxslərin sayı artdıqca biz də fəaliyyətimizi Qarabağda və Şərqi Zəngəzurda da təşkil edəcəyik”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vurğulayıb ki, Qarabağa təcrübəli toxucular qayıtması şirkətin fəaliyyəti üçün çox vacibdir.

Hər emalatxanaya 5-10 toxuculuq üzrə mütəxəssis lazımdır ki, gənclərə təlim keçsinlər və bu peşəni onlara öyrətsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti