Bakı.Trend:
“Made in Azerbaijan” brendinin təsis edilməsinin məqsədi Azərbaycan məhsullarının xaricdə tanıdılmasıdır.
Trend xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" seminarındakı çıxışı zamanı deyib.
Agentlik rəsmisi qeyd edib ki, sözügedən normativ sənədlərin və mexanizmlərin həyata keçirilməsi AZPROMO-ya həvalə edilib.
“Bu mexanizmlərin əsas məqsədi şirkətlərin prioritet bazarlara çıxışını asanlaşdırmaqdır. Bu mexanizmlərdə biri izrac və alıcı mexanizmidir. Bu, sahibkarların xarici bazarda öz tərəfdaşlarını tapmağa kömək edir”.
S. Yəhyayeva beynalxalq sərgilərdə iştirak mexanizmi haqqında da məlumat verərərkən qeyd edib ki, bu mexanizmlə vahid ölkə stendi ilə müxtəlif ölkələrdə təsis edilən sərgilərdə iştirak edirik. Bu zaman Azərbaycan məhsullarını xarici bazara çıxarmaq istəyən sahibkarlar bizimlə bu sərgilərdə iştirak edirlər.