...

2027-ci ilə qədər halal məhsullara çəkilən ümumi xərclər 3 trilyon dollara çatacaq

İqtisadiyyat Materials 7 Oktyabr 2025 14:50 (UTC +04:00)
2027-ci ilə qədər halal məhsullara çəkilən ümumi xərclər 3 trilyon dollara çatacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ilə qədər qlobal halal məhsullarına çəkilən xərclərin təxminən 3 trilyon dollara çatacağı gözlənilir.

Trend xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Qabaqcıl Təcrübə Mərkəzinin rəhbəri Samir Elesavi Halal Biznes Forumunda etdiyi çıxışda deyib.

Samir Elesavinin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr daxilində halal məhsulların idxalı 2022-ci ildəki 359 milyard dollardan 2027-ci ildə təxminən 492 milyard dollara yüksələcək. Bu isə halal iqtisadiyyatının nəhəng potensialını əks etdirir.

O qeyd edib ki, bu artım iqtisadi inkişaf, investisiyaların cəlbi, ticarətin stimullaşdırılması və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açır.

“Halal sənayesi İslam İnkişaf Bankına üzv ölkələr üçün davamlı və inklüziv artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir,” – deyə Elesavi vurğulayıb.

O qeyd edib ki, strateji mövqeyi və sürətlə inkişaf edən iqtisadiyyatı sayəsində Azərbaycan qlobal halal tədarük zəncirində aparıcı mövqe tuta bilər.

“Halal məhsullar üzrə sənaye parklarının yaradılması və sertifikatlaşdırma sisteminin inkişafı ölkənin beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirəcək,” – deyə o əlavə edib.

Elesavi həmçinin qeyd edib ki, halal sektorunun rəqəmsallaşdırılması və blokçeyn kimi texnologiyaların tətbiqi məhsullara şəffaflıq və etibarlılıq qazandıracaq. O, Azərbaycanın yeni dördkateqoriyalı halal sertifikatlaşdırma sistemini tətbiq etməsi və Azərbaycan Standartlaşdırma İnstitutunun Türkiyənin Halal Akkreditasiya Agentliyi tərəfindən akkreditasiyadan keçməsi münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti