...

Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji səmərəliliyi üzrə qabaqcıl təcrübə şurasının yaradılması təklif edilib

İqtisadiyyat Materials 7 Oktyabr 2025 15:30 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji səmərəliliyi üzrə qabaqcıl təcrübə şurasının yaradılması təklif edilib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində enerji səmərəliliyi üzrə qabaqcıl təcrübə şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki, o bu barədə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci Zirvə Görüşündə danışıb.

Prezident energetikanın inkişafının türk ölkələrinin strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

“Energetika iqtisadiyyatın sütunudur və əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Bu gün biz birgə infrastruktur layihələrini həyata keçirir, enerji resurslarının təhlükəsiz daşınma marşrutlarını formalaşdırırıq”,- deyə Tokayev vurğulayıb.

Dövlət başçısı Qazaxıstan, Azərbaycan və Özbəkistan tərəfindən icra edilən “Yaşıl Enerji Dəhlizi” layihəsini uğurlu əməkdaşlıq nümunəsi kimi göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti