Bakı. Trend:
Ağdaşda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli bürosu xəbər verir ki, hadisə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mersedes" markalı minik maşını iki nəfəri vurub. 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanova aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.