...

Fransa Makronun istefasını tələb edir - KİV

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 04:49 (UTC +04:00)
Fransa Makronun istefasını tələb edir - KİV

Bakı. Trend:

Fransızların 70 faizi, eləcə də Melanşondan Le Penə qədər bütün müxalif qüvvələr Prezident Emmanuel Makronun istefasını tələb edir. O, hakimiyyətdə olduğu dövr ərzində ən böyük siyasi təcridlə üz-üzə qalıb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziyası bildirib.

Məlumata əsasən, ictimai rəy, əsas parlament partiyaları və siyasi analitiklər hesab edirlər ki, Emmanuel Makron Fransa Respublikasının Prezidenti postundan istefa verməlidir. Bu addım ölkəni tarixi milli siyasi böhrandan çıxarmaq üçün zəruri sayılır.

Mühafizəkar “Le Figaro” qəzetinin məlumatına əsasən, fransızların 70 faizi Makronun istefasını dəstəkləyir. Son aylarda keçirilən sorğular göstərir ki, ölkə əhalisinin 65-75 faizi dövlət başçısı barədə mənfi fikirdədir.

Bu ümumi tendensiya fonunda siyasi partiyalar və liderlər hesab edirlər ki, Makronun istefası “Fransanı son il yarım ərzində qəbul edilmiş uğursuz prezident qərarlarının doğurduğu tarixi böhrandan çıxarmağın yeganə yoludur”.

Onun yaxın dostu və keçmiş baş naziri (2017–2020) Eduar Filip bəyan edib ki, “Makron istefa verməlidir ki, növbədənkənar prezident seçkilərinə hazırlıqlar başlansın”.

Respublikaçılar Partiyasının (LR, ənənəvi sağçılar) nümayəndəsi Kristof Qomar prezidentin istefasını bu cür izah edib: “Nəhəng dövlət borcu olan ölkədə qeyri-müəyyənlik və siyasi qeyri-sabitlik fəlakətlidir. Makron Fransanın xeyrini istəyirsə, istefa verməlidir. O getməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti