...

Azərbaycan “Dajınki–2025” bayramında (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2025 17:06 (UTC +04:00)
Azərbaycan “Dajınki–2025” bayramında (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” regional məhsul bayramı keçirilib. Tədbirdə milli yeməklər, kənd təsərrüfatı məhsulları, əl işləri nümayiş etdirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan İcmaları Konqresinin ilk dəfə olaraq təşkil etdiyi “Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgidə Azərbaycan mətbəxinin nümunələri, milli geyimlər təqdim olunub. Təşkilatın üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları barədə ətraflı məlumat veriblər.

Konqresin Qrodno şəhəri üzrə nümayəndəliyin rəhbəri Elxan Bəylərov və Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov tədbir iştirakçılarına Konqresin sədri Natiq Bağırovun bayram təbriklərini çatdırıblar.

Çıxışçılar “Nar bayramı”nı Vileyka sakinləri ilə birgə qeyd etməkdən məmnunluq duyduqlarını bildirib, məhsul yığımında zəhmətin və əmək ənənələrinin əhəmiyyətini vurğulayıblar.

Sonda Konqres nümayəndələrinə Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatskının adından mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti