...

Qazaxıstan XİN rəhbəri Türk İnvestisiya Fondunun işə salınmasını sürətləndirməyə çağırıb

Siyasət Materials 7 Oktyabr 2025 15:27 (UTC +04:00)
Qazaxıstan XİN rəhbəri Türk İnvestisiya Fondunun işə salınmasını sürətləndirməyə çağırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Türk İnvestisiya Fondunun tez bir zamanda fəaliyyətə başlaması türk dünyasında iqtisadi əməkdaşlığın əsas elementlərindən birinə çevrilə bilər.

Trend xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Bu gün TDT ümumi maraqların, birgə təşəbbüslərin irəli sürülməsi və qlobal arenada uzlaşdırılmış mövqelərin formalaşdırılması üçün ən vacib platformalardan biridir”, – o qeyd edib.

Toplantı zamanı nazirlər təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişafı barədə fikir mübadiləsi aparıblar, həmçinin aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti