...

Özbəkistan Prezidenti Səmərqənddə TDT XİN və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısını keçirməyi təklif edib

İqtisadiyyat Materials 7 Oktyabr 2025 15:45 (UTC +04:00)
Özbəkistan Prezidenti Səmərqənddə TDT XİN və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısını keçirməyi təklif edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri və xüsusi xidmət orqanlarının rəhbərlərinin ilk toplantısını Səmərqənddə keçirməyi təklif edirik.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

“Biz fəaliyyətin bütün istiqamətlərini və qarşılıqlı əməkdaşlığın bütün formalarını dəstəkləyirik. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin, diplomatik xidmət rəhbərlərinin və kəşfiyyat orqanları rəhbərlərinin müntəzəm birgə görüşlərinin keçirilməsi qlobal vəziyyətin dərindən təhlili və zəruri qərarların qəbul edilməsi baxımından zamanın tələbidir”, - deyə Özbəkistan Prezidenti bildirib.

“Təşkilatımızın rolunun və səlahiyyətlərinin gücləndirilməsi, eləcə də yaxın gələcəkdə onun effektiv əməkdaşlıq platforması kimi möhkəmlənməsi bizim əsas prioritet vəzifəmizdir”, - Mirziyoyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti