...

Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır - Anar Kərimov

Maliyyə Materials 7 Oktyabr 2025 17:58 (UTC +04:00)
Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır - Anar Kərimov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini Anar Kərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islam maliyyə sektoru dayanıqlı artım nümayiş etdirir və qlobal iqtisadiyyatın vacib elementi kimi formalaşır. Ədalət, şəffaflıq və riskin bölüşdürülməsi prinsiplərinə əsaslanan islam maliyyəsi yalnız etik deyil, həm də dayanıqlı maliyyə modelini təmin edir.

“Bu gün islam maliyyə sənayesinin həcmi 4 trilyon ABŞ dollarından çoxdur və ildə təxminən 10% artım nümayiş etdirir”,- deyə A.Kərimov bildirib.

O vurğulayıb ki, Azərbaycanda İslam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır.

“Azərbaycanda şəffaflıq, səmərəlilik, büdcə intizamı və rəqəmsallaşmaya əsaslanan sistem qurulub. Bu gün ölkəmiz büdcə şəffaflığı üzrə dünya reytinqində 23-cü yerdədir”, - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq maliyyə hesabatı və mühasibat standartlarının tətbiqi, o cümlədən IFRS 17-ə keçid, həmçinin sığorta sektoru üçün yeni mühasibat siyasətinin hazırlanması üzərində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti