...

Təşkilatın Azərbaycanın sədrliyi dövründə irəliləyiş yolunda inamla addımlayacağına əminəm - Japarov

Siyasət Materials 7 Oktyabr 2025 15:37 (UTC +04:00)
Təşkilatın Azərbaycanın sədrliyi dövründə irəliləyiş yolunda inamla addımlayacağına əminəm - Japarov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatı (TDT) öz inkişafını davam etdirəcək.

Trend xəbər verir ki, bu sözləri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

“Əminəm ki, Azərbaycan sədrliyi dövründə Təşkilat irəliləyiş yolunda inamla addımlayacaq, beynəlxalq arenada nüfuzunu möhkəmləndirəcək və bütün türk xalqlarının rifahı naminə yeni, mühüm təşəbbüsləri həyata keçirəcək”,- deyə Sadır Japarov vurğulayıb.

Dövlət başçısı həmçinin Qırğızıstanın sədrliyi dövründə ölkəyə göstərilən dəstəyə və etimada görə bütün üzv dövlətlərə minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti