...

Qazaxıstan Alem.AI bazasında TDT rəqəmsal innovasiyalar mərkəzi yaratmağı təklif edib

İqtisadiyyat Materials 7 Oktyabr 2025 15:21 (UTC +04:00)
Qazaxıstan Alem.AI bazasında TDT rəqəmsal innovasiyalar mərkəzi yaratmağı təklif edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində rəqəmsal əməkdaşlığın inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə çıxış edib.

Trend xəbər verir ki, o, bu barədə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün gedişində danışıb.

Dövlət başçısı bu yaxınlarda Astanada “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzinin fəaliyyətə başladığını qeyd edib və onun bazasında TDT Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, yeni mərkəz startapların inkişafına, birgə layihələrin həyata keçirilməsinə, süni intellekt sahəsində təcrübə mübadiləsinə və vençur investisiyalarının cəlb edilməsinə dəstək göstərəcək.

Prezident vurğulayıb ki, türk xalqlarının rifahı naminə rəqəmsallaşma və süni intellektin potensialından səmərəli istifadə, eləcə də yeni texnologiyalarla bağlı risklərin qarşısını alma mexanizmlərinin işlənməsi böyük əhəmiyyət kəsb edir.

“Gələn il Qazaxıstanda keçiriləcək Təşkilatın qeyri-rəsmi sammitini ‘Süni intellekt və rəqəmsal inkişaf’ mövzusuna həsr etməyi təklif edirəm. Həmin görüş ərəfəsində aparıcı ekspertlərin iştirakı ilə beynəlxalq konfrans keçirməyə hazırıq”, – deyə Tokayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti