Bakı. Trend:
Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2025) ərzində İranın şimalında yerləşən Astara dəmiryolu ilə yükdaşıma ötən ilin analoji dövrü ilə (20 mart -21 sentyabr 2024) müqayisədə 58% artıb.
Trend-in məlumatına görə, bunu İranın Astara Gömrük İdarəsinin baş direktoru Nadir Ənsarian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 6 ay ərzində Astara dəmiryolu vasitəsi ilə 267 min ton yük daşınıb.
Ənsarian yüklərin 4 551 yük vaqonu ilə daşındığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara terminalının inşasına start verilib. Terminal İranın Astara şəhərində Azərbaycan-İran sərhədindən 1,4 km məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran hökuməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.
Astara terminalının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcəyi qeyd olunur.