Qəbələ. Trend:
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın strateji sahələrdə TDT ölkələri ilə aktiv əməkdaşlığa hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə o, Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci zirvə Görüşündə danışıb.
“Türkmənistan Türk Dövlətləri Təşkilatı ölkələri ilə çoxtərəfli və ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Biz qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üçün daima səylər göstərir, onları yeni məzmun və mənalarla zənginləşdiririk”,- deyə Qurbanqulu Berdımuhəmmədov qeyd edib.