...

Orda Dəhlizin aktuallığı daha da artır - Rhenus Logistics Azerbaijan

İqtisadiyyat Materials 7 Oktyabr 2025 17:38 (UTC +04:00)
Orda Dəhlizin aktuallığı daha da artır - Rhenus Logistics Azerbaijan
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır.

Trend xəbər verir ki, bunu “Rhenus Logistics Azerbaijan LLC”nin idarəedici direktoru Katerina Zuban “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Orta Dəhliz və ya Transxəzər nəqliyyat dəhlizi ildən-ilə daha mühüm və aktiv marşruta çevrilir, bu isə yeni həllər və resurslar tələb edir. Bizim 2014-cü ildə Azərbaycana gəlişimizdən etibarən logistika sahəsində çoxsaylı dəyişikliklər və inkişaflar müşahidə olunur. Son 10 ildə ölkədə bir çox yeni logistika mərkəzləri və infrastruktur həlləri yaradılıb”, – deyə o qeyd edib.

K. Zuban bildirib ki, yeni obyektlər arasında Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu da var. Bundan başqa, paytaxt ətrafında Abşeron Logistika Mərkəzi və Ələt Azad İqtisadi Zonasını əhatə edən logistika mərkəzləri də sürətlə inkişaf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti