...

Orta Dəhliz rəqabətə davamlı olmalıdır və biznes üçün lazımi şərait yaratmalıdır - Mirziyoyev

İqtisadiyyat Materials 7 Oktyabr 2025 17:00 (UTC +04:00)
Orta Dəhliz rəqabətə davamlı olmalıdır və biznes üçün lazımi şərait yaratmalıdır - Mirziyoyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Orta Dəhlizin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və perspektivli Trans-Əfqanıstan dəhlizi ilə birləşdirilməsi geniş regionumuzda kompleks, çoxsahəli strateji magistral sisteminin yaradılmasına imkan verəcək.

Trend xəbər verir ki, bunu Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Sammiti zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edib.

“Biz Orta Dəhlizin davamlı inkişafına dair bütün planları tam dəstəkləyirik. Əsas vəzifə onun rəqabət qabiliyyətinin təmin edilməsidir: dəhliz biznes ictimaiyyəti üçün maksimal dərəcədə əlverişli şərait yaratmalıdır”,- deyə dövlət başçısı vurğulayıb.

O əlavə edib ki, bu baxımdan optimal tranzit tariflərinin tətbiqi, müasir nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi və rəqəmsal gömrük prosedurlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti