...

Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar

Hadisə Materials 7 Oktyabr 2025 16:30 (UTC +04:00)
Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti