Qəbələ. Trend:
Gələcəkdə bizim orqanik məhsullarımız vahid brend altında dünya bazarına çıxarıla biləcək.
Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
“Bu baxımdan biz Kənd Təsərrüfatı Nazirliyi nəzdində ekspert işçi qrupu yaradılmasını, ilkin pilot layihələrin müəyyənləşdirilməsini və onların ölkələrimizdə icrasına başlanılmasını təklif edirik”, - deyə Prezident bildirib.
Prezident orqanik kənd təsərrüfatının ərzaq təhlükəsizliyi üçün strateji rolunu vurğulayıb:
“Ölkələrimiz orqanik məhsulların istehsalı və tədarükü sahəsində dünyanın aparıcı yerlərindən birini tutmaq potensialına malikdir”