...

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 27,8 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib

Cəmiyyət Materials 7 Oktyabr 2025 15:26 (UTC +04:00)
Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 27,8 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 27,8 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, onlardan 13,3 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 13,2 min şəxs isə münasib işlərlə təmin edilib.

Bildirilib ki, məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,3 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti