...

III MDB Oyunları çərçivəsində avtobuslarla 19000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb

Cəmiyyət Materials 7 Oktyabr 2025 15:12 (UTC +04:00)
III MDB Oyunları çərçivəsində avtobuslarla 19000-ə yaxın idmançı və nümayəndə heyətinin üzvü daşınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi davam etdirilir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 avtobus cəlb edilib.

24 sentyabr – 6 oktyabr tarixlərində 159 reys həyata keçirilib, 2000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub. Yarışları bitirən 550-dən çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması həyata keçirilib.

Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3850 reys həyata keçirilib, 16400 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.

Bildirilib ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti