Bakı. Trend:
Abşeron rayonunda yerləşən evlərin birindən, həmçinin rayon ərazisindəki əlvan metal qəbulu məntəqəsindən oğurluq hadisələri qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkən şəxslər aidiyyəti üzrə müraciət edərək 4000 manat dəyərində qızıl-zinət və əlvan metal əşyalarının talanmasını bildiriblər.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 27 yaşlı U.Cəbiyev və 28 yaşlı B.Ənvərli şübhəli şəxs qismində saxlanılıblar.
Nizami rayonunda isə bir nəfərə məxsus avtomobildən 580 manat
oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş 44
yaşlı E.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.