Qəbələ. Trend:
Türk Dövlətləri Təşkilatı nisbətən qısa müddət ərzində ən dinamik inkişaf edən nüfuzlu beynəlxalq birliklərdən birinə çevrilib.
Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci sammitində çıxışında söyləyib.
“Əvvəla, ali səviyyədə siyasi dialoqun fəallaşması, qarşılıqlı etimadın möhkəmlənməsi, birgə layihələrin və humanitar proqramların həyata keçirilməsi bu faktı aydın şəkildə təsdiqləyir”, - deyə Özbəkistan Prezidenti qeyd edib.
O, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın getdikcə daha praktik xarakter aldığını bildirib.
“Təkcə bir nümunə gətirim: bu gün Təşkilat çərçivəsində 35-dən çox istiqamət üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr sabit şəkildə güclənir və proqnozlara görə, 2030-cu ilədək qarşılıqlı ticarətin ümumi həcmi iki dəfə artacaq”, – Şavkat Mirziyoyev qeyd edib.