...

Şavkat Mirziyoyev 2030-cu ilə qədər TDT-nin İnkişaf Strategiyasının hazırlanmasını təklif edib

İqtisadiyyat Materials 7 Oktyabr 2025 16:15 (UTC +04:00)
Şavkat Mirziyoyev 2030-cu ilə qədər TDT-nin İnkişaf Strategiyasının hazırlanmasını təklif edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Qarşılıqlı razılıq əsasında mümkün qədər tez bir zamanda türkdilli dövlətlər arasında "Strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında Razılaşma"nın qəbul olunmasını təklif edirik.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə bildirib.

“Şübhəsiz ki, bu mühüm sənəd qardaş xalqlarımızın daha da yaxınlaşması və praktiki əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə çıxarılması üçün möhkəm zəmin yaradacaq əsas siyasi akt olacaq”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və sürətləndirilməsi məqsədilə Özbəkistan Türk Dövlətləri Təşkilatı üçün 2030-cu ilə qədər İnkişaf Strategiyasının, eləcə də onun həyata keçirilməsi üzrə yol xəritəsinin hazırlanmasını təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti